Accessibility links

Azərbaycan və Avropa İttifaqı arasında danışıqlar olacaq


Avropa İttifaqı və Azərbaycanın bayraqları

Aprelin 4-də Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası keçiriləcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin aprelin 2-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, iclasda Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Aİ tərəfindən isə xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Mogerini və Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissar Yohannes Han iştirak edəcək.

Xarici İşlər Nazirliyi bildirir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə aid məsələlər və yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG