Accessibility links

Azərbaycan və Avropa İttifaqı arasında saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir


Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin perspektivləri müzakirə edilib

Bakıda Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir.

Bu barədə Report agentliyinə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sormelisin başçılıq etdiyi Aİ-nin nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Nümayəndə heyəti Bakıya dünən gəlib. Tərəflər artıq ikinci gündür işləyirlər,” Daniilidis deyib.

Bakıda keçirilən görüşlər zamanı ticarət məsələləri müzakirə olunur.

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

XS
SM
MD
LG