Accessibility links

Azərbaycan və Ermənistan girovları dəyişib


İyunun 28-də Azərbaycan və Ermənistan girovları dəyişib. Humanitar proses Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Komissiyanın məlumatına görə, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu ildə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Elvin İbrahimov və 20 iyun 2017-ci ildə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan vətəndaşı Zaven Karapetyan iyunun 28-də müvafiq olaraq tərəflərə təhvil verilib.

Məlumatda deyilir ki, girov götürülərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralandığı, həmçinin girovluqda saxlanılarkən bir neçə dəfə cərrahi əməliyyata məruz qaldığı üçün Elvin İbrahimov təcili olaraq xəstəxanaya yerləşdirilib.

Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyinin mətbuat xidməti bildirib ki, təhvilvermə Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasındakı dövlət sərhədində baş tutub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG