Accessibility links

Azərbaycan və Ermənistan KİV nümayəndələri qarşılıqlı səfərlər edəcək


Aprelin15-də Moskva şəhərində Rusiya tərəfinin təşəbbüsünə əsasən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi iştirak edib.

Moskvada Rusiya xarici işlər nazirl və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür
Moskvada Rusiya xarici işlər nazirl və Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür

Görüş nəticəsində Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı qəbul edilib.

Sənəddə deyilir ki, prezident İlham Əliyevin və baş nazir Paşinyanın bu ilin 29 mart tarixində Vyanada keçirilən zirvə görüşündə əldə etdiyi razılaşmaların nəticəsi olaraq, görüş iştirakçıları sərhəddə və təmas xəttində vəziyyətlə yanaşı, humanitar əməkdaşlıq qurmaq üçün perspektivləri müzakirə ediblər. Onlar həmçinin həll prosesinin əsas aspektləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həll edilməsi istiqamətində səylərini davam etdirmək niyyətini təsdiqləyib. Nazirlər münaqişə zonasında vəziyyətin daha da sabitləşməsinə, xüsusilə də kənd təsərrüfatı fəaliyyətində maraqlı olduqlarını vurğulayıb. Həmçinin, tərəflər qarşılıqlı əsasda ailələrin tərəflərin həbsxanalarında həbsdə olan qohumları ilə əlaqə saxlamalarına imkan vermək barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlər yolu ilə konkret işə başlamağa hazır olduqlarını bildiriblər.

Tərəflər qarşılıqlı əsasda ailələrin tərəflərin həbsxanalarında həbsdə olan qohumları ilə əlaqə saxlamalırına imkan vermək barədə razılığa gəliblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələri arasında qarşılıqlı səfərlər yolu ilə konkret işə başlamağa hazır olduqlarını bildiriblər.
Birgə bəyanatdan sitat

Rusiya Federasiyasının xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Görüş iştirakçıları yaxın gələcəkdə əlaqələrini davam etdirməyə razılaşıblar,” birgə bəyanatda qeyd edilir.

Öz novbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ONA agentliyinə bildirib ki, Moskvada çox geniş və substantiv danışıqlar keçirilib.

"İlk növbədə Sergey Lavrov, mən və Zohran Mnatasakanyan üçtərərfli görüş keçirdik. Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişin olmasına imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olduğunu deyə bilmərəm. Ancaq ümumiyyətlə, deyə bilərəm ki, Ermənistan tərəfi və mən bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında biz müzakirə apardıq. Əlbəttə bir görüşlə biz bütün məsələləri həll edə bilmərik. Bugünkü görüşün faydası ondadır ki, biz dərindən başa düşdük ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır. Məsələn, statusla və təhlükəsizliklə bağlı Ermənistan tərəfi məsələ qaldırır. Biz isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırırıq. Bu dörd fikir əsasında çox dərin bir müzakirələr apardıq. Belə bir razılığa gəldik ki, bunu davam etdirək. Çünki mən öz tərəfimdən cənab prezidentə məlumat verməliyəm. Erməni həmkarım isə öz baş nazirinə məlumat verməlidir. Görüşdə bəzi təkliflər səsləndirilib. İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu təkliflər həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik,” nazir qeyd edib.

Məsələn, statusla və təhlükəsizliklə bağlı Ermənistan tərəfi məsələ qaldırır. Biz isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırırıq. Bu dörd fikir əsasında çox dərin bir müzakirələr apardıq.
Elmar Məmmədyarov, Azərbaycanın xarici işlər naziri

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb.

2018-ci il sentyabrın 28-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüş danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra iki ölkə arasında danışıqlar prosesi bərpa edilib və hazırda davam etdirilir. Azərbaycan tərəfi nəticəli danışıqların vacibliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

2018-ci ilin dekabrın 6-da Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb.

Bundan sonra iki ölkənin xarici işlər nazirləri 2018-ci il dekabrın 5-də Milanda, 2019-cu il yanvarın 16-da Parisdə görüşüb.

Yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-rəsmi görüşü olub.

Dövlət başçılarının görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsərləri fevralın 20-dən 23-dək Ermənistanda və Azərbaycanda ölkə rəhbərləri ilə görüşlər keçirib.

Görüşdən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair martın 9-da bəyanat yayıb.

Həmsədrlər bəyan edib ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.

Martın 29-da prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələ müzakirə edilib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlətinin birgə bəyanatında deyilir ki, görüş müsbət və konstruktiv şəraitdə keçib, hər iki liderin öz mövqelərinə aydınlıq gətirmək üçün imkan yaranıb.

“Prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıb. Onlar sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həllinin tapılması üzrə danışıqlar prosesində konkret və tutarlı addımların atılmasının vacibliyini vurğulayıb.”

Azərbaycan və Ermənistan liderləri öz ölkələrinin nazirlərinə yaxın gələcəkdə görüşmək barədə tapşırıq verib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG