Accessibility links

Azərbaycan və Ermənistan qoşunları arasında qızğın döyüşlər gedir


Oktyabrın 9-da Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərgin döyüşlər davam etdirilir. Əsasən cənub istiqamətində intensiv döyüşlər gedir. Hər iki tərəfdən itkilərin olduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib. Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycan qüvvələrinin çoxsaylı itkilər verdiyi barədə məlumat yayıb.

“Oktyabrın 8-i günün ikinci yarısından başlayaraq 9-u səhərədək bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Azərbaycan Ordusunun bölmələri mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırıb və aktivliyinin qarşısını qətiyyətlə alıb,” Azərbaycan hərbi rəsmiləri bildirir.

Nazirlik bildirir ki, hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin çoxsaylı hərbi qulluqçusu, hərbi texnikası məhv edilib.

“Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb. Cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib,” Müdafiə Nazirliyinin məlumatında deyilir.

Cəbhə xətti
Cəbhə xətti

Ermənistanın rəsmi hərbi mənbələri də cəbhədə durumun gərgin olduğunu bildirir.

“Ön cəbhədə operativ-taktiki vəziyyət dəyişməz qalır. Cəbhənin müxtəlif istiqamətlərində artilleriya döyüşləri gedir, həmçinin mülki yaşayış yerlərinə raket-artilleriya zərbələri endirilir. İstənilən şəraitdə müdafiə qüvvələri operativ-taktiki vəziyyətə tam nəzarət edir,” rəsmi məlumatda qeyd edilir.

Erməni tərəfi son gündə daha 26 hərbiçisinin öldürüldüyünü bildirir və əvvəlki rəsmi statistika ilə birgə ümumlikdə 376 hərbçi öldürülüb. Lakin müstəqil mənbələr itkilərin daha çox olduğunu güman edir. Ermənistan Müdafiə Nazirliynin rəsmisi bir gün öncə deyib ki, ağır döyüşlər getdiyindən hərbi itkilərlə bağlı dəqiq statistika aparmaq hələ mümkün deyil.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat yaymır. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hərbi itkilərini döyüşlər başa çatandan sonra açıqlayacaq.

Mülki itkilərə gəlincə, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 9-da Mingəçevir şəhərinin, Ağcabədi, Füzuli, Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərindəki yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə məruz qaldığını bildirir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, bu gün Füzuli rayonu Qarabağ kənd sakinləri Samir Əsədov, Nizami İbrahimov və Alman Abbasov yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, o cümlədən onların yaşadıqları evlərə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluğun məlumatına görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 164-ə çatıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1054 evə və 142 mülki obyektə ciddi ziyan dəyib. 45 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb

This image contains sensitive content which some people may find offensive or disturbing.
Azərbaycan ətrazisinə düşmüş mərmilər
Azərbaycan ətrazisinə düşmüş mərmilər

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, oktyabrın 8-də 1 ədəd 152 mm-lik top mərmisi, 1 ədəd 122 mm-lik top mərmisi, 2 ədəd 300 mm-lik raket, 33 ədəd patron və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Həmçinin agentliyin partlayış qrupu tərəfindən 29 ədəd bombacıq partlayış yolu ilə zərərsizləşdirilib.

Ermənistan Müdafiə Nazirliynin rəsmisi Artsrun Hovanesyan bildirib ki, döyüşlər başlayandan bəri 22 mülki şəxsə həlak olub, 95 nəfər yaralanıb. 5800 ev, mülki obyekt zədələnib və ya dağılıb.

Ermənistan rəsmiləri Şuşa şəhərində əsas kilsənin Azərbaycan qüvvələri tərəfindən bombardman edildiyini bildirərək fotolar yayıb. Ermənistan habelə Şuşada rus jurnalistlərin yaralanması barədə məlumat yayıb.

Ğazançetsots Kilsəsi, Şuşa.
Ğazançetsots Kilsəsi, Şuşa.

Münaqişə ilə bağlı siyasi səviyyədə də danışıqlar davam etdirlir.

Oktyabrın 8-də Cenevrədə Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Cümə axşamı Azərbaycan və Rusiyanın baş nazirləri də telefon danışığı zamanı Dağlqı Qarabağ problemi ətrafında fikir mübadiləsi aparıb.

Oktyabrın 9-da Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Azərbaycan prezidentinin rəsmi internet saytının yaydığı məlumata görə, dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə edib.

Bu gün, oktyabrın 9-da Moskvada Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcəyi gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG