Accessibility links

Azərbaycan və Ermənistan rəhbərləri görüşlərinin yekunundan danışıb


İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşür
İlham Əliyev və Nikol Paşinyan Vyanada görüşür

“Ermənistanla danışıqlar formatı dəyişməz olaraq qalır, danışıqlarda irəliləyiş var.”

Bu barədə martın 29-da Azərbaycan prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla Vyanada keçirilən görüşündən sonra Rusiyanıın TASS agentliyinə müsahibəsinə istinadən AZƏRTAC dövlət agentliyi məlumat yayıb.

Azərbaycan üçün birinci yerdə beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT TŞ-nin erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə uyğun Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin işğaldan azad edilməsi durur.
İlham Əliyev, Azərbaycan prezidenti

"Danışıqlar prosesi humanitar aksiyalarla da dəstəklənməlidir. Danışıqlar formatının dəyişməz olaraq qalması mühümdür, danışıqlar, uzun illər olduğu kimi, Ermənistan və Azərbaycan arasında aparılır,” deyə Əliyev bildirib.

“Danışıqlar prosesinə yeni təkan verilib, biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını müsbət qiymətləndirdik, həmin bəyanatda deyilir ki, danışıqlar formatı yalnız iki tərəfin də razılığı ilə dəyişdirilə bilər."

Onun sözlərinə görə, Bakı buna razılıq verməyib.

"Biz elə bir vəziyyətə qayıtmışıq ki, substantiv danışıqları davam etdirmək lazımdır. Xarici işlər nazirlərinə tapşırıq verilib, onlar, çox güman ki, yaxın günlərdə danışıqlar prosesini davam etdirmək üçün görüşəcəklər," Əliyev qeyd edib.

"Danışıqlar prosesi nəticəyə yönəlik olmalıdır”, o bildirib.

“Azərbaycan üçün birinci yerdə beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT TŞ-nin erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsinə uyğun Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin işğaldan azad edilməsi durur."

Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

Əliyevin sözlərinə görə, danışıqlar konstruktiv şəraitdə keçirilib.

"Biz danışıqları müsbət qiymətləndiririk, danışıqlar konstruktiv şəraitdə keçdi. Bu, uzun fasilədən sonra Azərbaycan və Ermənistan rəhbərliyinin ilk rəsmi görüşüdür, əvvəlki görüşlər daha çox tanışlıq xarakteri daşıyırdı və beynəlxalq tədbirlər çərçivəsində keçirilirdi,” o qeyd edib.

“Xarici işlər nazirləri bir neçə mərhələdə danışıqlar aparıblar. Görüş ona görə əhəmiyyətlidir ki, məsələnin mahiyyəti üzrə danışıqlar prosesinə yeni start verilib."

"Biz insanlar arasında əlaqələr çərçivəsində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik,” Əliyev sözünə davam edib.

“Əvvəllər ictimaiyyət nümayəndələri arasında əlaqələr olub. Yəni hələlik bu barədə (humanitar tədbirlər barədə) danışmaq tezdir."

Əsas odur ki, tərəflər problemlər haqqında danışmağa başlayıblar.
Nikol Paşinyan, Ermənistanın baş naziri

Nikol Paşinyan da Vyanada danışıqların yekunlarını "müsbət" qiymətləndirir. Amma, buna baxmayaraq, o, "sıçrayış" olmadığını bildirib.

"Ümumilikdə görüşü müsbət qiymətləndirirəm. Amma deyə bilmərəm ki, danışıqlar prosesində sıçrayış və ya təkamül var,” TASS agentliyi Paşinyanın sözlərindən sitat gətirir.

“Amma, əsas odur ki, tərəflər problemlər haqqında danışmağa başlayıblar," Paşinyan "prezident Əliyevin də görüşü müsbət qiymətləndirəcəyinə" ümid etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG