Accessibility links

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətinin rəhbərləri ikinci dəfə görüşüb


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bazar günü, yanvarın 10-da Ermənistanın Syunik bölgəsinin Vorotan və Şurnux kəndlərinə bitişik ərazidə görüşüb.

Bu barədə media Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Armen Abazyan azərbaycanlı həmkarı ilə bundan öncə, yanvarın 9-da Ararat rayonunun Yerasx kəndi yaxınlığında, bu gün isə Vorotan və Şurnux kəndləri yaxınlığında neytral ərazidə görüşüb. Görüş zamanı əsirlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir sıra mediada və sosial platformalarda iki ölkə təhlükəsizlik xidmətlərinin görüşlərində ərazi məsələlərinin müzakirə edildiyi barədə yayılan məlumatları təkzib edib və cəmiyyəti çaşdırmaq məqsədi daşıdığını bildirib.

Yanvarın 9-da və 10-da keçirilən görüşlərin detalları barədə geniş məlumat verilmir.

Azərbaycan Dövlət Təhlükəsziliyi Xidməti isə görüşlərlə bağlı hələ məlumat yaymayıb.

Təhlükəsizlik xidmətlərinin rəhbərlərinin görüşü Rusiya prezidentinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli formatda gözlənilən görüşü ərəfəsində olub.

Kremlin məlumatında deyilir ki, üçtərəfli görüşdə 10 noyabr üçtərəfli bəyanatın icra edilməsinin gedişatı, bölgədəki problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımların müzakirəsi planlaşdırılır.

“Döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək,” məlumatda deyilir.

Üçtərəfli bəyanatda həmçinin Azərbaycandan Meğri dəhlizi vasitəsi ilə Naxçıvana yollarınn açılması nəzrdə tutulur. Hər iki ölkənin təhlükəsizlik xidməti rəhbərlərinin görüşləri Meğri dəhlizinin Azərbaycan və Naxçıvan istiqamətlərində olub.

Eksperltər hesab edir ki, Meğri dəhlizinin açılması regionun inkişafına səbəb olacaq yeni nəqliyyat dəhlizinin açılması deməkdir. Bu dəhliz vasitəsi ilə yaxın zamanda Moskva-Tehran dəmir yolu açıla bilər. Həmçinin Meğri dəhlizində hərəkəti bərpası Rusiya, Türkiyə, İran, Orta və Yaxın Şərq ölkələri arasında quru yolun açılması deməkdir.

Bundan öncə 2020-ci ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun təşəbbüsü ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev arasında Moskvada görüş keçirilib. Görüşdə əsirlərin qaytarılması və itkinlərin axtarışı kimi təcili məsələlər müzakirə edilib. Daha sonra tərəflər bir sıra sahələrdə iş aparılması barədə razılığa gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG