Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Elmar Məmmədyarov və Zöhrab NMnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə

Martın 29-da Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti görüşün detalları barədə məlumat vermir.

Nazirlərin görüşü Azərbaycan və Ermənistan dövlət başçıları İlham Əliyev və Nikol Paşinyanın Vyanada bu gün gözlənilən görüşündən əvvəl baş tutub.

XS
SM
MD
LG