Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan

Yanvarın 28-də Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endrü Şofer Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçirib.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Bu barədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin mətbuat xidmətləri məlumat yayıb.

Bu gün, yanvarın 29-da isə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edir.

XS
SM
MD
LG