Accessibility links

Azərbaycan və Fransa prezidentləri regiondakı durumu müzakirə edib


İlham Əliyev və Emmanuel Makron
İlham Əliyev və Emmanuel Makron

Bu gün, avqustun 5-də Fransa prezidenti Emmanuel Makron və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Yelisey Sarayının iki liderin telefon danışığının yekunlarına dair yaydığı bəyanatda deyilir.

"Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Emmanuel Makron ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə əsaslanaraq regionda sabitliyin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər," Fransa liderinin Administrasiyası bildirib.

Söhbət zamanı Makron "Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginliyin artmasından narahatlığını ifadə edib.

"Prezidentlər regionda vəziyyəti və Fransanın dəstəklədiyi 10 noyabr razılaşması baxımından aradan qaldırılmalı olan digər çətinlikləri müzakirə edib," məlumatda deyilir.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, avqustun 5-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçılarının 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi apardığı bildirilir.

İki ölkə liderinin söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə etdiyi deyilir.

XS
SM
MD
LG