Accessibility links

Azərbaycan və Gürcüstanın delimitasiya üzrə ekspertləri bəzi sərhəd ərazilərinə baxış keçirir


Azərbaycan-Gürcüstan sərhədi
Azərbaycan-Gürcüstan sərhədi

Avqustun 20-də Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyasının ekspertləri iki ölkənin sərhədlərində adı açıqlanmayan ərazilərə baxış keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Adbullayevanın sözlərinə görə, ərazilərə baxış avqustun 23-nə qədər davam edəcək.

Gürcüstan Xarici Nazirliyi isə öz saytında ekspertlər tərəfindən Vaxtanqisi kəndi və Keşikçi Dağı Məbəd Kompleksi yaxınlığındakı sahələrə baxış keçirilməsi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, ekspertlər həmin sahələr üzrə mövqelərini müzakirə ediblər. İşlərin nəticələri baxılması üçün komissiyanın həmsədrlərinə təqdim olunacaq.

Ekspertlərin görüşlərindən sonra sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclasının sentyabrda Tbilisidə keçirilməsi planlaşdırılıb.

Azərbaycan və Gürcüstan arasında sərhəd SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

​Son aylar Gürcüstandan bir qrup insan "Keşikçidağ" mağara-kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.

Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Qoruq ərazisində 70-dək mağara, 1 qala, 2 məbəd və 1 inanc yeri var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG