Accessibility links

Azərbaycan və Gürcüstan əlaqələrin perspektivlərini müzakirə edib


İlham Əliyev və Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçir
İlham Əliyev və Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçir

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanda rəsmi səfərdədir. Bu, xanım Zurabişvilinin ötən ilin sonlarında Gürcüstan prezidenti seçildikdən sonra Azərbaycana ilk səfəridir.

Fevralın 27-də prezident İlham Əliyev və Salome Zurabişvili görüşlərinin yekunu olaraq bəyanatla çıxış edib.

“Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir,“ prezident Əliyev deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığının böyük hissəsi energetika sektoruna aiddir.

Bütün layihələri üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik.
İlham Əliyev, Azərbaycan prezidenti

“Hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik,” Azərbaycan prezidenti qeyd edib.

İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edildiyini də diqqətə çatdırıb. O həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılması nəticəsində yük daşımalarının həcminin artdığını bildirib.

“Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı”, o qeyd edib.

İlham Əliyev Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrin inkişafı üçün çox önəmli rol oynadığını deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili də siyasi, iqtisadi əlaqələrin yüksək səviyyəsindən danışıb.

“Biz ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində həqiqətən çox irimiqyaslı layihələr həyata keçirdik. Biz bütün dünyaya göstərdik ki, bu region mərkəzi regiondur, bu dəhliz sabit dəhlizdir və bu regiona böyük investisiyalar qoymaq olar”, Zurabişvili deyib.

O, nəqliyyat dəhlizinin çox vacib olduğunu bildirib.

“Nəqliyyat sahəsi dünya üçün çox əhəmiyyətlidir. Asiyanın, Çinin və Avropanın birləşdirilməsi çox mühüm məsələdir və biz bu yolla gedirik. Bu, ən qısa yoldur, lakin biz hələ bu yolun imkanlarını tam inkişaf etdirməmişik və bu, bizdən asılıdır,” Salome Zurabişvili qeyd edib.

İlham Əliyev və Salome Zurabişvili bəyanatla çıxış edir
İlham Əliyev və Salome Zurabişvili bəyanatla çıxış edir

Gürcüstan prezidenti bildirib ki, ölkəsi Avropa İttifaqının dəstəyi ilə Qara dənizdəki imkanlar üzərində işləyir.

“Rumıniya, Bolqarıstan və Gürcüstan limanları arasında əlaqələri və logistikanı Avropa İttifaqının dəstəyi ilə inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə də ümumi investisiyalar cəlb etməyə hazırıq. Biz Azərbaycanla birlikdə bu imkanlardan sona qədər istifadə etməliyik. Bizim Çinlə, eyni zamanda, Avropa İttifaqı ilə azad ticarət sazişimiz var”, Salome Zurabişvili deyib.

O, Azərbaycan prezidentini Batumi konfransına dəvət edib.

“Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik.”

İki ölkə arasında turizmi məslələri də diqqət mərkəzində olub.

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla, o cümlədən gürcü əsilli vətəndaşlarla görüşəcək.

Bu, bizim tərəfdaşlığımızın və Avropa İttifaqının 10 illiyi konfransı olacaq. Yəqin ki, nəqliyyat məsələsi burada əsas mövzu olacaq və biz birgə baxışlarımızı nümayiş etdirə bilərik.
Salome Zurabişvili, Gürcüstan prezidenti

Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də qurulub.

1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycan səfirliyi açılııb.

İndiyədək Azərbaycan Gürcüstanın iqtisadiyyatına 3 mlrd. ABŞ dollarından çox investisiya yatırıb və bu göstəriciyə görə 2012-ci ildən 1-ci yerdədir. Azərbaycanda 300-dən çox Gürcüstan, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti qeydiyyata alınıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan SOCAR Energy Georgia MMC 2006-cı ildə qurulub. Şirkətin bütün fəaliyyəti Gürcüstanda həyata keçirilir. SOCAR Energy Georgia MMC-nin əsas fəaliyyət sahəsi Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsullarının, həmçinin mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisidir. Şirkət Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə nəzarət edir, bundan başqa Kulevi neft terminalı da şirkətin ixtiyarındadır. ARDNŞ Gürcüstana hər ay 20.000 ton neft məhsulu, həmçinin 15.000 ton benzin idxal edir.

2014-cü ildə keçirilmiş əhalinin siyahıya alnmasının nəticələrinə əsasən Gürcüstanda 233 024 azərbaycanlı yaşayır. Amma yerli media bu rəqəmin yarım milyondan çox olduğunu iddia edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi internet saytının məlumatına görə isə Azərbaycanda 14,9 min gürcü yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG