Accessibility links

Azərbaycan və Gürcüstan sərhədlərini bütün nəqliyyat vasitələri üçün bağlayıb


Azərbaycan-Gürcüstan sərhədi
Azərbaycan-Gürcüstan sərhədi

Azəbaycan və Gürcüstan 10 gün müddətində sərhədini bütün nəqliyyat vasitələri üçün başlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumata görə, martın 13-də Azərbaycanın baş naziri Əli Əsədov ilə Gürcüstanın baş naziri Giorgi Qaxariya arasında telefon danışığı olub.

“Hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, 2020-ci il martın 14-də yerli vaxtla saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG