Accessibility links

Azərbaycan və İran neft-qaz sahəsində əməkdaşlığı faydalı sayır


Azərbaycan ilə İran arasında neft və qaz sahəsində mövcud əməkdaşlıq qarşılıqlı faydalı və səmərəlidir.

Bu barədə noyabrın 21-də İranda səfərdə olan Azərbayacnın Baş nazirinin müavini Şahin Mustafayev və İranın neft naziri Cavad Övcinin görüşündə bildirilib.

AZƏRTAC dövlət agentliynin məlumatına görə, görüşdə qaz mübadiləsi sahəsində mövcud razılaşmaların icra vəziyyəti müzakirə edilib və bu çərçivədə aparılan işlərin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

Eyni zamanda əməkdaşlıq üçün geniş potensialın mövcud olduğu qeyd olunub, habelə neft və qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında faydalı müzakirələr aparılıb.

Azərbaycanla İran iyirmi ildən çoxdur ki, qaz mübaqdiləsi edir. İran Naxçıvana illik 300-400 milyon kubmetr civarında qaz verir, əvəzində isə Azərbaycan cənub sərhədlərində İrana eyni həcmdə qaz verir.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG