Accessibility links

Azərbaycan və İran xarici işlər nazirləri telefonla fikir mübadiləsi aparıb


Ceyhun Bayramov və Hüseyn Əmir-Abdullahian

Oktyabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıb.

“Son həftə ərzində baş vermiş inkişafı müsbət dəyərləndirən nazirlər, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı İranın müvafiq qurumlarının yaydığı xəbərdarlığı, eyni zamanda Azərbaycan tərəfindən 2 İranlı sürücünün buraxılmasını qarşılıqlı müsbət addım kimi vurğulayıb,” məlumatda deyilir.

Telefon danışığı zamanı Birgə Hökumətlərarası Komissiyanın, İranın yeni administrasiyası tərəfindən yenilənmiş tərkibdə fəaliyyətinin davam etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Tərəflər bütün fikir müxtəlifliklərinin dialoq vasitəsilə həll edilməsinin vacibliyini qeyd edib.

İranla Azərbaycan arasında gərginlik İran yük avtomobillərinin Ermənistan ərazisi vasitəsi ilə Rusiya sülhməramlılarının yerləşdirildiyi Laçın koridoru ilə Qarabağda Xankəndi şəhərinə yük aparmalarından sonra başlayıb. Azərbaycan tərəfi İran səfirinə etiraz notası təqdim edib. İran tərəfi Azərbaycanın etirazını nəzərə almayıb və yük daşımalarını davam etdirib. Prezident İlham Əliyev İranın bu hərəkətinə münasibət bildirib. Bundan sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib.

Daha sonra, Azərbaycan İrandan Ermənistana gedən avtomobil yolunun Azərbaycan hissəsində İran yük avtomobillərinə rüsum tətbiq edib. Həmçinin Ermənistan ərazisindən keçməklə Xankəndinə yanacaq daşıyan iki avtomobilin sürücüsünü həbs edib.

Nəhayət, İranın Mehr agentliyi oktyabrın 20-də ölkənin nəqliyyat şirkətlərinin üçüncü ölkənin ərazisindən Azərbaycanın azad edilmiş Qarabağ regioununa və Laçın rayonuna girişinə qadağa qoyulduğu haqda məlumat verib.

Agentliyin məlumatında deyilir ki, İranın Beynəlxalq Daşımalar İdarəsinin direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun rəhbərlik etdiyi qurum Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.

Müraciətdə əsasən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinə və Laçın rayonlarına Ermənistan vasitəsilə girişin qadağan olunduğu qeyd edilir. Həmçinin Dağlıq Qarabağ regionu ilə hər hansı ticarət sazişinin imzalanması və nəqliyyat şirkətlərinə bu regiona müşayiətedici sənədlərin verilməsi qadağan edilir.

Bundan sonra, Azərbaycan tərəfi Qarabağa yük daşıyan iki avtomobilin sürücüsünü azad edərək, İran tərəfinə verib.

Müşahidəçilər bunu Azərbaycan-İran münasibətlərindəki gərginliyin aradan qaldırılmasına işarə kimi qiymətləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG