Accessibility links

Azərbaycan və Türkiyə antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsi məqsədi ilə təlim keçirib


Azərbaycan və Türkiyə hərbi təlim keçirib
Azərbaycan və Türkiyə hərbi təlim keçirib

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə taktiki təlim keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun ümumqoşun poliqonunda keçirilən təlimin əsas məqsədi iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlim zamanı xüsusi qruplar sutkanın müxtəlif vaxtlarında gizli yollarla şərti düşmənin müdafiəsinin dərinliyinə sızmaq, komanda məntəqəsi və hərbi təyinatlı obyektləri ələ keçirmək üzrə tapşırıqları yerinə yetirib.

Məşğələlərdə əsas diqqət gizli hərəkətin təşkilinə, diversiya qruplarının məhv edilməsinə, düşmən təxribatlarının qarşısının alınmasına və antiterror əməliyyatlarının xüsusiyyətlərinin öyrənilməsinə yönəldilib.

Azərbaycan Orudusu bu il Türkiyə Ordusu ilə birgə intnesiv təlimlər keçirir.

Belə ki, Azərbaycan hərbçilərinin növbəti birgə təlimi mayın 24-də olacaq. Hərbçilər Türkiyənin Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Bu il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.

Martın 27-də Azərbaycan və Türkiyə Ordusu “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirilib.

Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.

XS
SM
MD
LG