Accessibility links

Azərbaycan və Türkiyə arasında qarşılıqlı səfərlər dayandırılır


Azərbaycan və Türkiyə bayraqları

Martın 15-dən Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqətti olaraq dayandırılacaq.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, martın 14-də Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəlib.

Məlumatda qarşılıqlı səfərlərin hansı müddətə dayandırılacağı bildirilmir.

Şərhlərə bax

XS
SM
MD
LG