Accessibility links

Azərbaycan və Türkiyə birgə taktiki təlim keçirir


Azərbaycan-Türkiyə taktiki təlim keçirir
Azərbaycan-Türkiyə taktiki təlim keçirir

Mayın 1-də Azərbaycanda Mustafa Kamal Atatürk-2019 Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlər başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Azərbaycan-Türkiyə taktiki təlim keçirir
Azərbaycan-Türkiyə taktiki təlim keçirir

Təlimlərdə məqsəd Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyası, müştərək planların hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması, iki ölkə hərbi qulluqçularının birgə əməliyyatlarının aparılmasıdır.

Təlimlərə zirehli texnika, artilleriya qurğuları və minaatanlar, HHQ döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib. Təlimlər mayın 3-dək davam edəcək.

Təlimlərə cəlb edilmiş şəxsi heyətlərin sayı açıqlanmır.

İki ölkə arasında əvvəllər də hərbi təlimlər keçirilib. Onların arasında illik hərbi əməkdaşlıq planına əsasən iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə "TurAz Qartalı - 2017" və "TURAZ Şahini - 2018" birgə taktiki-uçuş təlimləri də var.

XS
SM
MD
LG