Accessibility links

Azərbaycan və Türkiyə hərbçiləri Laçın rayonunda birgə taktiki təlimlərə başlayıb


Azərbaycan və Türkiyə hərbçiləri Laçın rayonunda birgə taktiki təlimlərə başlayıb
Azərbaycan və Türkiyə hərbçiləri Laçın rayonunda birgə taktiki təlimlərə başlayıb

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda (Bakıdan 407 kilometr qərb) birgə döyüş atışlı taktiki təlimlər başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilir,” məlumatda qeyd edilir.

Bu il Azərbaycan və Türkiyə onlarla birgə hərbi təlimlər keçirib.

Laçın rayonu Azərbaycanın Ermənistanla sərhəd rayonudur və digər istiqamətdə Dağlıq Qarabağ regionu yerləşir. Rayon ərazisindən Dağlıq Qarabağa keçən koridora Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələri nəzarət edir.

Azərbaycan və Türkiyə hərbçiləri Laçın rayonunda birgə taktiki təlimlərə başlayıb
Azərbaycan və Türkiyə hərbçiləri Laçın rayonunda birgə taktiki təlimlərə başlayıb

Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 2020-ci il sentyabrın 27-də Dağlıq Qarabağda 44 günlük müharibə Azərbaycan ordusunun beynəlxalq tanınmış sərhədləri daxilində beş rayon, eləcə də Şuşa şəhərinin nəzarətini bərqərar edildikdən sonra noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin döyşlərin dayandırılması haqda birgə bəyanatının imzalanması ilə başa çatıb.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG