Accessibility links

Azərbaycan və Türkiyə hərbi aviasiyası birgə uçuş tapşırıqlarını yerinə yetirib


“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri başlayıb
“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri başlayıb

Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri birgə uçuş tapşırıqlarını yerinə yetirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tapşırığın ssenarisinə uyğun olaraq hərbi pilotlar şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrlərini icra edib.

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, sentyabrın 6-dan 17-dək iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini-2021” birgə taktiki-uçuş təlimləri keçirilir.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, “TurAz Şahini-2021” təlimlərində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29, 2 ədəd Su-25 döyüş təyyarəsi və 78 nəfərlik heyəti iştirak edir.

Azərbaycan və Türkiyə hərbi qüvvələri bu il müxtəlif istiqamətlər üzrə onlarla birgə təlimlər keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG