Accessibility links

Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb


Mayın 1-də İstanbulda səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkələ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

XS
SM
MD
LG