Accessibility links

Azərbaycan və Türkiyə media sahəsində strateji əməkdaşlıq edəcək


media
media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam Türkiyənin “Rəsmi qəzet”ində dərc olunub.

Sənədə əsasən Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılacaq.

Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması, media sahəsində fəaliyyət göstərən rəsmi qurumlar ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, fikir öndərləri arasında rabitə körpüsünün qurulması nəzərdə tutulur.

Sənəddə bildirilir ki, 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

İki ölkə arasında media sahəsində strateji əməkdaşlıq haqqında memorandum 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanıb.

Azərbaycan prezidenti memorandumu 2021-ci il fevralın 18-də imzalayıb.

XS
SM
MD
LG