Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri Şuşa bəyannaməsini imzalayıb


İyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıb.

Prezident İlham Əliyev Şuşada mətbuat konfransında bildirib ki, "Müttəfiqlik haqqında Şuşa bəyannaməsi"ndə tarixi Qars bəyannaməsinə istinad edilir.

Dövlət başçısı qeyd edib ki, bəyannamədə "Zəngəzur dəhlizi"nin açılması məsələsi öz əksini tapır.

“Bu gün imzalanan bəyannəmənin adı müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsidir. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bu ad öz-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Bu gün biz keyfiyyətcə yeni əlaqələr qurmuşuq. Və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır. Bundan sonra da biz birlikdə olacağıq. Təhlükəsizliyimizi təmin edəcəyik,” Əliyev qeyd edib.

İlham Əliyev deyib ki, bu gün müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə Azərbaycan-Türkiyə əlaqələrini daha da möhkəmləndirir.

Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan mətbuat konfransında çıxış edib.

"Müdafiə sənayesi sahəsində münasibətlərimizi daha da möhkəmləndiririk. Burada pilotsuz uçuş aparatları çox ciddi işlər gördü. Azərbaycan bu sahədə istehsal mərkəzi olmaq imkanı qazanacaq,“ o bildirib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, tezliklə Şuşada Türkiyənin baş konsulluğunu açmaq planlaşdırılır.

Ərdoğan bildirib ki, Türkiyə Qarabağın yenidən qurulması prosesində Azərbaycana hər cür dəstək verir və verməkdə davam edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Türkiyə mediasının məlumatına görə, Ərdoğanı səfərdə xanımı Əminə Ərdoğanla yanaşı, milli müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Prezidentin sözçüsü İbrahim Kalın, hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik, Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak müşayiət edir.

Türkiyə prezidenti bu gün azad edilmiş Şuşa şəhərinə (Bakıdan 430 kilometr cənub-qərb) səfər edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG