Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri Füzuli beynəlxalq aeroportunu açıb


Bu gün, oktybarın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq aeroportun açılışı olub.

Dövlət başçıları azad olunmuş ərazilərdə inşa edilən ilk hava limanı binasının qarşısındakı qırmızı lenti kəsib.

Əliyev və Ərdoğan Qarabağın "hava qapısı"nın rəmzi açarlarını nümayiş etdirib.

Füzulidə beynəlxalq aeroport rekord qısa müddətdə – 8 ay ərzində inşa edilib.

İlk sərnişin və yük sınaq reysləri sentyabrın 5-də Bakıdan həyata keçirilib.

Aeroporta beynəlxalq status verilib.

Füzuli beynəlxalq aeroportu
Füzuli beynəlxalq aeroportu

Aeroportun uçuş-eniş zolağının uzunluğu 3000 metr, eni 60 metrdir.

Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub.

Azad edilmiş ərazilərdə daha iki hava limanı Zəngilan və Laçında (Laçın və Kəlbəcər rayonlarının qovşağında) inşa edilir.

Rəsmi məlumata görə, Əliyev və Ərdoğan bir sıra digər infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edəcək.

Belə ki, bu gün dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyub.

Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, Əliyev və Ərdoğan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olub.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG