Accessibility links

Azərbaycan və Türkiyə sahil mühafizəsi sahəsində praktiki əməkdaşlıq edəcək


Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsinin komandanı, kontr-admiral Ahmet Kendir Bakıda səfərdədir
Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsinin komandanı, kontr-admiral Ahmet Kendir Bakıda səfərdədir

Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsinin komandanı, kontr-admiral Ahmet Kendir Bakıda səfərdədir. Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev və kontr-admiral Ahmet Kendirin görüşündə ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə sahil mühafizəsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, birgə əməkdaşlıq və qarşılıqlı əlaqələndirmənin, təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi qeyd edilib.

Türkiyəli mütəxəssislər səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində dəniz sərhədlərinin mühafizəsinin təşkili vəziyyəti və xüsusiyyətləri ilə tanış olub, aidiyyəti bölmələrin xidməti-döyüş fəaliyyətinin müasir tələblərə uyğun aparılması məqsədilə istifadə olunan qabaqcıl sistem və texniki vasitələri nəzərdən keçiriblər.

Azərbaycan və Türkiyə nümayəndələri təcrübə mübadiləsini aparıb, gələcək əlaqələrin perspektivlərini müzakirə edib və sahil mühafizəsi bölmələri arasında praktiki əməkdaşlıq tədbirlərinin davam etdirilməsinə dair razılıq əldə ediblər. Görüşün nəticələrinə dair İşçi Protokol imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG