Accessibility links

Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə səfər edəcək


Azərbaycan Milli Məclisi Azərbaycan vətəndaşlarının vizadan azad səyahəti çərçivəsində Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək. Sənəd bu gün, yanvarın 19-da Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilib.

Bdelə ki, 2020-ci il dekabrın 10-da Azərbaycan və Türkiyə hökumətləri arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixdə Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı protokol imzalayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, 2020-ci il fevralın 25-də imzalanmış sazişə əsasən, iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.

"Qeyd etmək istərdik ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaq. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir. Vurğulamaq istərdik ki, Azərbaycan öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün müqavilə imzalayıb," Azərbaycan Xarici İşlər Nazirliyi sənəd imzalanandan sonra bildirib.

XS
SM
MD
LG