Accessibility links

Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub


Dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

Məlumata görə, nazirlər bölgədə mövcud olan son vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə edib.

Bölgə ölkələrinin iştirakı ilə 3+3 formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıb.

Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Regional münaqişə və mübahisələrin müzakirəsi üçün 3+3 formatı və ya Azərbaycanın, Ermənistanın, Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirak edəcəyi 6-lıq platforması barədə təklifi ilk dəfə Bakı və Anklara irəli sürüb.

XS
SM
MD
LG