Accessibility links

Azərbaycan vətəndaşı dövlətə xəyanətdə ittiham olunur


DTX əməliyyat zamanı
DTX əməliyyat zamanı

Azərbaycan vətəndaşı dövlətə xəyanət maddəsi ilə həbs edilib.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, Aydın Zəkiyevin ölkənin suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı fəaliyyət aparmaqda kömək göstərməsinə əsaslı şübhələr yaranıb.

Rəsmi iddiayalara görə, onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla əməllərinin qarşısı alınıb.

Bundan əlavə qeyd edilir ki, o, məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları onlara verib:

“Ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib”

Bu rəsmi açıqlamaya görə hələlik, Aydın Zəkiyev və onun yaxınlarının münasibətini almaq mümkün olmayıb.

XS
SM
MD
LG