Ermənistanın sərhəddə yerləşən Areguni kəndində (Azərbaycanın Gədəbəy rayonu ilə həmsərhəd) sərhədi keçən Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Ermənistan mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.
Adı açıqlanmayan 26 yaşındakı Azərbaycan vətəndaşı olan kişi Ermənistanın Təhlükəsizlik Xidmətinə təhvil verilib və orada dindirilir.
Azərbaycanın rəsmi qurumları hələ Ermənistan tərəfinin məlumatı ilə bağlı açıqlama verməyib hadisə ilə bağlı şərh verməyib.
Xatırladaq ki, əvvəllər də buna bənzər hadisələr olub. Bir neçə Ermənistan vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşı isə Ermənistana keçib.