Accessibility links

Azərbaycan vətəndaşları Uhan şəhərindən təxliyyə edilib


Koronovirus
Koronovirus

Türkiyə təyyarəsi ilə koronovirusun tüğyan etdiyi Uhandan 42 nəfər çıxarılıb

Fevralın 1-də Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları ilə birlikdə Çinin Uhan şəhərindən təxliyyə edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, uçuşdan öncə təxliyyə olan Azərbaycan vətəndaşları həkim müayinəsindən keçib, onların sağlamlıq durumu qənaətbəxşdir.

“Vətəndaşlarımız könüllü əsasda 2 həftəlik müddətdə Türkiyə ərazisində karantin vəziyyətində saxlanılacaqlar, daha sonra Azərbaycana qayıdacaqlar,” xəbərdə qeyd edilir.

Öz növbəsində, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən Türkiyəyə məxsus ambulans-təyyarə ilə ümumilikdə 42 nəfər gətirilir. Onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır.

XS
SM
MD
LG