Accessibility links

Azərbaycan vətəndaşlarını intim videolarla şantaj edən Bolqarıstan vətəndaşları həbs edilib


Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən Bolqarıstan vətəndaşları həbs edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, Bolqarıstanın Silistra əyalətində həmin ölkənin vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX bildirir ki, adları sadalanan insanlar 2021-ci il ərzində Azərbaycan vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olan məlumatlar ətrafında DTX tərəfindən aparılan araşdırılmalar nəticəsində Bolqarıstanın hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən əmliyyatlar zamanı həbs olunub.

Faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxslər və onların yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul vəsaitlərinin tələb edilməsi), 272.2.1 və 272.2.2-ci (texniki vasitələrdən istifadə etməklə kompüter məlumatlarının təkrar ələ keçirilməsi) maddələri ilə cinayət işi başlanıb.

“Müəyyən edilib ki, mütəşəkkil dəstə üzvləri Facebook sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər,” DTX qeyd edir.

Məlumatda deyilir ki, araşdırmalar nəticəsində cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşının zərər çəkdiyi məlum olub.

Həbs edilən və zərərçəkən şəxslərin vəkilləri və ya ailə üzvləri DTX-nin məlumatına hələ münasibət bildirməyib.

2021-ci ildə bir sıra tanınmış şəxslərin, o cümlədən iqtidarda olan “Yeni Azərbaycan” Partiyasının Binəqədi rayon təşkilatının keçmiş funksioneri, eyni zamanda bir sıra ictimai və siyasi fəalların intim görüntüləri olduğu bildirilən videolar yayılıb.

Bu ilin avqustunda Azərbaycan prezidentinin keçmiş köməkçisi Əli Həsənov erotik görüntüləri ilə təhdid olunduğnu və araşdırılması üçün dövlət orqanlarına müraciət etdiyini bildirib.

“Nə zamansa tualetdə mənim gizli şəkildə çəkilmiş və böyür-başı müxtəlif erotik videolarla bəzədilmiş video görüntülərimi yaymamaq üçün bəzi ünvanlardan ciddi təhdid sifarişləri alıram. Bu haqda əvvəlcədən aidiyyəti qurumlara xəbər vermişəm. Bu bir şəbəkə mafiyasının işidir və lazımi anda öz cəzasını alacaqdır,” Həsənov bu il avqustun 25-də Amerikanın Səsinə deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG