Accessibility links

AXCP fəalı həbs edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Nicat Abdullazadə martın 7-də məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

AXCP-dən verilən məlumata görə, həbs qərarını Xətai Rayon Məhkəməsi qəbul edib. Amma partiyada Abdullazadənin tam olaraq nədə ittiham olunduğunu bilmirlər.

O, dünən xəstəxanada partiya yoldaşına baş çəkib qayıdarkən iki digər fəalla birlikdə saxlanılıb. Digər fəallar bir neçə saat sonra sərbəst buraxılıb, Abdullazadə isə bu gün məhkəmə qarşısına çıxarılıb.

AXCP -nin 10-dan çox fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbsə məhkum edilib. AXCP onların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edildiyini açıqlayıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra isə AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 46 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallalrından 3 nəfəri artıq təkrarən inizbati həbsə məhkum edilib. AXCP-nin 22 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmir.

XS
SM
MD
LG