Accessibility links

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalına xəbərdarlıq edilib


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad Rayon (Bakıdan 176 kilometr cənub-qərb) Təşkilatından partiya Ali Məclsinin üzvü Sahib Rüstəmli iyulun 3-də Sabirabad Rayon Polis Şöbəsinə aparılıb və iki saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Bu barədə Sahib Rüstəmli Amerikanın Səsinə bildirib.

O, polis şöbəsinin rəis müavinləri və rəisi tərəfindən xəbərdarlıq edildiyini bildirib.

please wait

No media source currently available

0:00 0:01:58 0:00

"Onlar məni Facebook-da fəaliyyətimlə bağlı xəbərdarlıq etdilər. Dedilər ki, fəallığımı davam etdirsəm barəmdə başqa tədbirlər görüləcək" , Rüstəmli qeyd edib.

Rüstəmli fəaliyyətinin qanunauyğun olduğunu bildirib.

"Mən 1989-cu ildən müxlaifətçiyəm. Haxırda AXCP Ali Məclisinin üzvüyəm, Turan TV-nin bölgə müxbiriyəm. Bir neçə dəfə həbs olunmuşam. İki şikayətim Avropa İnsan Hüquqları Məhkəməsində baxılır. Bundan sonra da AXCP üzvü və jurnalist kimi fəaliyyətimi davam etdirəcəm" , o qeyd edib.

Rəsmi qurumlar Sahib Rüstəmlinin polisə dəvət edilməsi ilə bağlı hələ məlumat yaymayıb.

AXCP hesab edir ki, Sahib Rüstəmlinin saxlanması da partiyaya təzyiqlərin davamıdır.

Xatırladaq ki, bu il ərzində AXCP-nin 60-dan çox fəalı inzibati həbsə məhkum edilib. Çoxsaylı partiya fəalı məhkəmələr tərəfindən cərimələnib.

Son olaraq iyunun 28-də Müsavat Partiyası qərargahında aksiyalarda pul cəriməsilə cəzalandırılan siyasi fəallara dəstək olaraq “xeyriyyə marafonu” zamanı AXCP sədri Əli Kərimli Binəqədi Polis İdarəsinə aparılıb.

​AXCP sədri Əli Kərimli sərbəst buraxıldıqdan sonra bildirib ki, hüquq- mühafizə orqanları səhv başa düşüb, xeyriyyə marafonu ilə yürüşü qarışdırıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir ki, AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısında qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG