İyunun 11-dә Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Bəşir Tarıverdiyev Nәsimi Rayon Mәhkәmәsinin qәrarı ilә inzibati qaydada 100 manat cәrimәlәnib. O, İnzibati Xәtalar Mәcәllәsinin 510-cu (xırda xuliqanlıq) maddәsi ilә tәqsirli bilinib.
Bəşir Tarıverdiyevin sözlərinə görә, onu iyunun 10-da günorta saatlarında Bakının Binәqәdi rayonunda işdәn çıxarkən mülki geyimli şәxslәr saxlayaraq həmin rayondakı polis idarәsinә aparıb.
AXCP üzvünün vurğulamasına görə, orada onun barәsindә protokol tәrtib olunub. O qeyd edirb ki, küçәdә söyüş söymәkdә ittiham olunub.
"Axşam mәni evә buraxdılar, lakin sәhәr saat 9-da Nәsimi Rayon Mәhkәmәsinә gәlmәyimlә bağlı yazılı iltizam aldılar. Bu gün, iyunun 11-də mәhkәmә mәni 100 manat cәrimәlәdi", fəal qeyd edib.
Bəşir Tarıverdiyev bildirib ki, qanunazidd heç bir hәrәkәt etmәyib vә cәzanın sәbәbi sosial şәbәkәdә yazdığı tənqidi şәrhləridir.
O әlavә edib ki, mәhkәmәnin qәrarından apellyasiya şikayәti verәcәk.
Onun bu açıqlamasına rəsmi qurumlar hələ münasibət bildirməyib.
AXCP-nin məlumatına görə, bu ilin əvvəlindən bu siyasi partiyanın 50-dən çox fəalı saxlanılaraq inzibati qaydada cəzalandırılıb. Onların, əsasən, polisin qanunu tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.
AXCP fəallarının siyasi fəaliyyətlərinə, tənqidi mövqelərinə görə cəzalandırıldığını açıqlayıb.
Azərbaycan hökuməti bəyan edib ki, insanlar dinc siyasi fəaliyyətinə, tənqidi mövqeyinə görə həbs və təqib olunmur.