Accessibility links

Azərbaycan Xalq Hərəkatı yürüş üçün müraciət edib


Azərbaycan Xalq Hərəkatı

Azərbaycan Xalq Hərəkatı (AXH) mitinq-yürüş keçirilməsi barədə qərar qəbul edib. "Qarabağa azadlıq!", "Azad seçkilər!" şüarı altında aksiyanın iyunun 20-də keçirilməsi nəzərdə tutulur. Yürüşün "Amay" Ticarət Mərkəzindən Xətai rayon İcra hakimiyyətinin binasına qarşısınadək keçirilməsi nəzərdə tutulur.

AXH-nin İdarə Heyətinin üzvü Ağasif Şakiroğlu bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinə aksiya keçirmək niyyəti haqqında bildiriş göndərilib.

İndiyədək hakimiyyət bu ictimai qurumun heç bir kütləvi aksiyasına icazə verməyib. Ümumiyyətlə Bakı meriyası bu il yanvarın 19-da Milli Şuranın mitinqindən sonra müxalifət təşkilatlarının hər hansı kütləvi aksiyasına razılıq verməyib.

AXH 2019-cu il yanvarın 26-da təsis edilib. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (Mirmahmud Mirəlioğlu), Azərbaycan Milli-Demokrat Partiyası (İsgəndər Həmidov), Gələcək Azərbaycan Partiyası (Ağasif Şakiroğlu), Ümid Partiyası (İqbal Ağazadə), Demokrat Partiyası (Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (Əli Əliyev), Ağ Partiya (Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), bir sıra digər partiyalar, habelə ictimai fəallar və ziyalı nümayəndələri qoşulub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG