Dekabr 1-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Stokholma səfər edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək. Eyni zamanda, onun ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
ATƏT Nazirlər Şurasının 28-ci iclasının 2-3 dekabr 2021-ci il tarixlərində İsveçin paytaxtı Stokholmda keçirilməsi planlaşdırılır.
İllik görüş xarici işlər nazirləri üçün Avro-Atlantik və Avrasiya məkanında təhlükəsizlik vəziyyətini, eləcə də təşkilatın fəaliyyətini bütün sahələrdə nəzərdən keçirmək, qiymətləndirmək imkanıdır.