Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi


Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Senatının erməni soyqırımını tanıyan qətnaməni qəbul etməsinə münasibət bildirilməsinə dair suala cavabda deyib.

Nazirlik hesab edir ki, qətnamənin mətnində "elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması" bu qətnamənin "qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdyini" göstərir.

"Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır," Leyla Abdullayeva bildirib.

"Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk."

Ermənistan rəhbərliyi qətnamənin qəbulunu alqışlayıb.

"Mən şükranam ki, soyqırımın bəzi qurbanlarının hələ də yaşadığı bir məqamda Senat onların nələrdən keçdiyini etiraf edir və onlar bunu görmək imkanı qazandılar," Ermənistan Baş Naziri Nikol Paşinyan bəyan edib.

Paşinyan Senatın bu addımını "ədalət və həqiqət üçün qələbə" adlandırıb.

Senator Bob Menendez (Demokrat-Nyu Cersi) qətnamənin qəbulunda instrumental rol oynayıb.
Senator Bob Menendez (Demokrat-Nyu Cersi) qətnamənin qəbulunda instrumental rol oynayıb.

ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Qətnamə ilə bağlı səsvermə daha əvvəl üç senator tərəfindən bloklanmışdı.

Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini Demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb.

"Senatın bu qətnamənin təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur," deyə Senatdakı iclasda çıxış edən Senator Menendez bildirib.

1915-ci il hadisələrini soyqırım olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunumuşdu.

Senatdakı səsvermə Ağ Evin təşəbbüsü ilə 3 Respublikaçı senator tərəfindən əngəllənmişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Ağ Evi ziyarət edən vaxt Respublikaçı senatorlarla görüşdükdən sonra qətnamə üzərində səsverməni ilk dəfə Respublikaçı senator Lindsey Qraham əngəlləmişdi. Sonrakı vaxtlarda da Respublikaçı senatorlar Devid Perdü və Kevin Kramer qətnamənin təsdiqlənməsinin qarşısını almışdı.

“Qətnaməni qəbul etmək üçün səsvermə keçirməkdən ötrü bu üç həftə ərzində Senata dördüncü gəlişimizdir," Senatdakı iclasda Respublikaçı senator Ted Kruz bildirib. O, qətnamənin qəbulunu "həqiqət üçün nailiyyət, zülmətə həqiqətin deyilməsi və şərə həqiqətin deyilməsi üçün bir nailiyyət" adlandırıb.

Qətnamə 1915-ci il hadisələrini soyqırım olaraq tanımasından əlavə ABŞ rəhbərliyindən soyqırımın olmaması ilə bağlı iddianı da rədd etməsini və ictimaiyyəti məlumatlandırmasını istəyir.

Senatın qətnaməni qəbul etməsi Xarici İşlər Komitəsinin Türkiyəyə həm Suriya əməliyyatına, həm də S-400 raket qurğularının alınmasına görə sanksiyaların tətbiqindən sonrakı vaxta təsadüf edir.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG