Accessibility links

Azərbaycan XİN: “Dağlıq Qarabağın erməni əsilli Azərbaycan vətəndaşları sülh və təhlükəsiz şəraitində yaşayacaqlar”


Leyla Abdullayeva
Leyla Abdullayeva

“Dağlıq Qarabağda yaşayan dinc insanlar Azərbaycanın erməni mənşəli vətəndaşlarıdır. İşğal altında olan ərazilərimizdə olan erməni vətəndaşlarımıza, necə ki, hazırda digər etnik vətəndaşlara qarşı münasibət göstərilir, onlara da eyni münasibət olacaq. Azərbaycanda indi də on minlərlə erməni sülh və təhlükəsizlik şəraitində mövcudluğunu və yaşayışını davam etdirir.”

Azərbaycanda indi də on minlərlə erməni sülh və təhlükəsizlik şəraitində mövcudluğunu və yaşayışını davam etdirir.
Leyla Abdullayeva, Xarici İşlər Nazirliyinin rəsmisi

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva bugünkü brifinqdə Amerikanın Səsinin sualının cavabında bildirib.

“Azərbaycan çoxmillətli dövlətdir. Bir çox etnik nümayəndələr Azərbaycanın tərkibində sülh və təhlükəsizlik şəraitində yaşayır və bu, tarixən belə olub. Azərbaycanda bütün vətəndaşlara münasibətdə bərabər hüquqlar şamil olunur,” o, qeyd edib.

Günay Səlimzadə
Günay Səlimzadə

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib ki, Azərbaycanın erməni əsilli vətəndaşlarının ölkədə yaşaması üçün heç bir problem yoxdur.

“Onların bütün hüquqları təmin ediləcək. Həm beynəlxalq humanitar hüquq daxilində, həm də daxili qanunvericilik əsasında erməni əsilli vətəndaşların hüquqları təmin olunacaq. Sözsüz ki, özlərinin də istəyi olmalıdır,” o bildirib.

Ermənistan rəsmiləri Azərbaycan qüvvələrinin Dağlıq Qarabağda mülki əhalini hədəf almaq ittiham edirlər.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan bazar ertəsi Azərbaycan qüvvələrinin Xankəndini və Şuşanı "intensiv raket atəşinə" tutduğunu bildirib.

Ermənistan Baş Naziri Nikol Paşinyan Twitterdə yazdığı mesajda "Azərbaycan-Türk banditlərini" təkcə torpaq tutmaq deyil, "erməni genosidini tamamlamaq" cəhdində ittiham edib.

Azərbaycanda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Amerikanın Səsinin vətəndaşlara dəymiş ziyanın təmin olunması ilə bağlı sualının cavabında deyib ki, erməni hərbi əsirlərlə əvvəllər də humanitar hüquq çərçivəsində Azərbaycanın götürdüyü öhdəliklərə uyğun davranılıb.

“Əsir götürülmüş Ermənistan hərbçilərinə qarşı daim beynəlxalq humanitar hüquqa uyğun davranılıb, bundan sonra da belə olacaq,” o qeyd edib.

Döyüşlər nəticəsində ziyan dəymiş mülki obyektlərə, vətəndaşların evlərinə gəlincə Səfixanlı bildirib ki, prezident İlham Əliyevin elan etdiyi kimi ziyan görmüş, dağıdılmış hər bir ev, hər bir tikili təmir və bərpa olunaraq əhaliyə təqdim olunacaq.

Azərbaycaın mülki itkiləri
Azərbaycaın mülki itkiləri

“Bunun nümunəsini Cocuq Mərcanlı qəsəbəsinin yenidən salınması zamanı gördük,” o qeyd edib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG