Accessibility links

Azərbaycan Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb


Azərbaycan Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Bəyanat Xarici İşlər Nazirliyində keçirilən brifinqdə təqdim edilib

Azərbaycanın Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Xocalı facisənin 27-ci ildönümü ilə bağlı birgə bəyanatla çıxış edib. Bəyanatı fevralın 25-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və Hərbi Prokurorluğun Xüsusu İstintaqlar Şöbəsinin rəisi Emil Tağıyev təqdim edib.

Leyla Abdullayeva sənədə istinadən deyib ki, münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində 7000 insan yaşayıb.

Leyla Abdullayeva
Leyla Abdullayeva

“1991-ci ilin oktyabrından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıya hücum edib,” Abdullayeva bildirib.

Sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş 305 şəxs barədə təqsirləndirilən şəxs qismində interpol vasitəsi ilə axtarış elan edilib.
Emil Tağıyev, Hərbi Prokurorluğun şöbə rəisi

Bəyanatda deyilir ki, Xocalı faciəsi zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərinin birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb.

“Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub,” Abdullayeva qeyd edib.

Bəyanatda bildirilir ki, Xocalı faciəsi epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Amerikanın Səsinin sualının cavabında deyib ki, Azərbaycan Respublikası Xocalı faciəsi ilə bağlı beynəlxalq səviyyədə iş aparır.

“Bugünədək 16 dövlət milli qanunvericilik səviyyəsində Xocalıda törədilən faciləvi hadisələri soyqırım aktı kimi tanıyıb. Eyni zamanda ABŞ-ın 22 ştatı tərəfindən belə qərar və qətnamələr qəbul olunub. Şotlandiya parlamenti tərəfindən belə qərar qəbul edilib. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı qətnamələri mövcuddur. Əsas işimiz beynəlxalq səviyyədə məlumatlandırma və hüquq bazasının genişləndirilməsidir. Bundan sonrakı mərhələdə növbəti məsələlərə baxılacaq,” Abdullayeva qeyd edib.

Emil Tağıyev, Hərbi Prokurorluğun Xüsusi İstintaqlar Şöbəsinin rəisi
Emil Tağıyev, Hərbi Prokurorluğun Xüsusi İstintaqlar Şöbəsinin rəisi

Hərbi Prokurorluğun Xüsusi İstintaqlar Şöbəsinin rəisi Emil Tağıyev bildirib ki, Xocalıda baş verən hadisələrlə bağlı 2013-cü il dekabrın 18-də istintaq-əməliyyat qrupu yaradılıb.

“2005-ci ilin martından cinayət işinə prossesual rəhbərlik Hərbi Prokurorluğa tapşırılıb. Cinayət işi üzrə 5 əsas istiqamət müəyyən edilib: Azərbaycan xalqına qarşı soyqırım, əsir və girovlara qarşı işgəncə, terrorçuluq, dövlətə və vətəndaşlara vurulmuş maddi ziyan, milli ədavət zəminində törədilmiş xüsusilə ağır cinayətlər. Sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş 305 şəxs barədə təqsirləndirilən şəxs qismində interpol vasitəsi ilə axtarış elan edilib. Lakin İnterpol axtarışda olan şəxlsərin siyasi ünsürlər olduğunu əsas gətirərək onların axtarışından imtina edib”, Tağıyev qeyd edib.

Emil Tağıyev Amerikanın Səsinin "Rusiya vətəndaşı olan hərbçilərin tutulması ilə bağlı Azərbaycan tərəfi Rusiyaya müraciət edibmi?" sulalının cavabında deyib ki, Rusiya tərəfi Azərbaycan prokurorluğunun sorğusuna ümumiyyələ cavab verməyib.

“Təbii ki, müraciət edilib. Amma Rusiya sorğuya cavab verməyib“ , o qeyd edib.

Ermənistan tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğunun birgə bəyanatına hələ münasibət bildirməyib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG