Accessibility links

Azərbaycan yanğınsöndürənləri Türkiyədə iki istilik elektrik stansiyasını mühafizəyə götürüb


Türkiyədə meşə yanğını

Azərbaycan yanğınsöndürənləri Türkiyənin Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını (İES) nəzarətə götürüb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Türkiyənin Muğla vilayətinin Milas rayonunda meşəlik ərazidə baş verən yanğın genişlənərək Kəmərköy istilik elektrik stansiyasında yanğına səbəb olub.

“Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri yerli qüvvələrlə birlikdə İES-də baş verən yanğını bu gün, avqustun 6-da söndürməyə müvəffəq olub. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İstilik Elektrik Stansiyasına keçməsinin qarşısı alınıb,” məlumatda deyilir.

Beləliklə, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb.

Rəsmi məlumatlara görə, Türkiyədə yanğınların söndürülməsinə Azərbaycandan ümumilikdə 500 nəfərə yaxın şəxsi heyət göndərilib. Bundan başqa, təyyarələr və helikopter də yanğın baş verən ərazilərdə fəaliyyətini davam etdirir. Həmçinin Azərbaycanın yüzdən çox yanğınsöndürən maşını yanğınların söndürülməsi işlərinə cəlb edilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG