Accessibility links

Azərbaycana yaz gəlir


Novruz bayramı qeyd edilir
Novruz bayramı qeyd edilir

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə Azərbaycana 2019-cu ildə yaz fəsli martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən martın 20-dən 27-də qeyri iş günüdür.

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrikində deyilir ki, Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulub və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməyib.

BMT-də Novruz bayramı-22.03.2017
BMT-də Novruz bayramı-22.03.2017

"Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir,” təbrikedə qeyd edilir.

Təbrikdə dövlət başçısı islahatlar mövzusuna da toxunub.

"Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meylləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlib. Qoy, bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin", Əliyev qeyd edir.

XS
SM
MD
LG