Accessibility links

Azərbaycana 3 280 000 doza vaksin gətiriləcək


2022-ci il ərzində Azərbaycana 3 280 000 doza vaksin gətiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən yerli mediaya bildiriblər ki, bu il ölkəyə 3 200 000 doza “CoronaVac”, 80 000 doza “Sputnik V” vaksininin gətirilməsi planlaşdırılır.

Belə ki, yanvar ayında Çindən 1 200 000 doza “CoronaVac” vaksininin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Bundan başqa 2021-ci ilin dekabrın sonunda ölkəyə 1 344 330 doza "Pfizer/Biontech" vaksini gətirilib.

Yanvarın 10-da Azərbaycana xaricdən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb.

“Virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub. Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır,” Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda indiyədək koronavirusa qarşı vurulan vaksinlərin ümumi sayı 11 531 165, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 187 462, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 699 487, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 644 216 təşkil edir.

Yanvarın 11-dək Azərbaycan əhalisinin 46%-dən çoxu yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin hər iki dozasını vurdurub. Birinci mərhələ üzrə vaksinasiya olunan əhalinin nisbəti isə 51%-idir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG