Accessibility links

Azərbaycana 648 000 doz vaksin gətirilib, koronavirusa yoluxanların sayı azalmaqda davam edir


Vaksin
Vaksin

Fevralın 6-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231022 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224961 nəfər müalicə olunaraq sağalıb, 3156 nəfər vəfat edib, aktiv xəstə sayı 2905 nəfərdir.

Ölkədə son sutka ərzində 6582, hazırkı dövrədək isə 2446300 test aparılıb.

Azərbaycanda yanvarın 18-dən başlayaraq Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunacaq.

Nazirlər Kabineti bildirir ki, fevralın 5-də ölkəyə daha 648 000 doz peyvənd gətirilib. Beləliklə, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG