Accessibility links

Azərbaycana 84 000 doza Vaxzevria vaksini gətirilib


Bu gün, aprelin 4-də Azərbaycana Cənubi Koreyadan 84 000 doza COVAX platforması çərçivəsində “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətirilib.

Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, bu gün ölkədə pandemiya ilə bağlı epidemioloji vəziyyəti idarəolunan səviyyədə saxlamaq mümkün olur.

“Təbii ki, virusdan qorunmağın ən effektiv üsulu peyvənd olunmaqdır. Əhali nə qədər tez peyvənd olunsa, bu zaman kollektiv immunitet yaratmaqla bəladan müəyyən qədər xilas olunacaq,” o qeyd edib.

Azərbaycana bundan öncə 1,5 milyon doza Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronaVAC” peyvəndi gətirilib. Yaxın günlərdə Çindən daha 150 min doza yeni vaksin gətiriləcək.

Bu il mayın sonunadək isə 432 000 doza “Vaxzevria” vaksininin idxalı nəzərdə tutulub. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.

Bu il yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronaVAC” peyvəndi ilə COVID-19-a qarşı vaksinasiya başlanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən 1 milyona yaxın insan peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG