Accessibility links

Azərbaycanda ölkə daxilində gediş-gəliş bərpa edilir


Azərbaycanda sentyabrın 4-də koronavirus infeksiyasına daha 132 yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 37 min 31 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 min 419 nəfər müalicə olunaraq sağalıb, 543 nəfər vəfat edib. Aktiv xəstə sayı 2069 nəfərdir.

Ötən müddət ərzində 949 min 313 test aparılıb. Bugünkü test sayı isə 7048-dir.

Sentyabrın 4-də COVİD-19 statistikası
Sentyabrın 4-də COVİD-19 statistikası

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Operativ Qərargah bildirib ki, Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.

XS
SM
MD
LG