Accessibility links

Azərbaycanda əhalinin 19 faizi ikinci mərhələ vaksinasiya olunub


Son sutkada Azərbaycanda koronavirus infeksiyasından daha 111 nəfər müalicə olunaraq sağalıb, 47 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə 335 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 min 710 nəfər müalicə olunaraq sağalıb, 4963 nəfər vəfat edib. Aktiv xəstə sayı 895 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 690 min 224 test aparılıb. Bugünkü test sayı isə 9247-dir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 32 min 516-ya bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 971 min 930, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 60 min 586 nəfərdir.

Operativ Qərargahın təhlillərinə görə, ölkə əhalisnin 19 faizi artıq ikinci mərhələ vaksinasiyadan keçib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərərin keçirilməsinə icazə veriləcək.

Azərbaycanda COVID pasportu tətbiq olunur.

XS
SM
MD
LG