Azərbaycanda əhalinin 43 faizi COVID-19 əleyhinə vaksinasiyadan keçib.
Koronavirusinfo.az rəsmi saytının məlumatına görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 236 min 381, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 359 min 737, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 876 min 644 nəfər təşkil edir.
Ölkədə vaksinasiya zamanı “CoronaVac”, “Vaxzevria”, “Sputnic V”, “Pfizer” peyvəndləri istifadə olunur.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Ölkədə koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Noyabrın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.