Azərbaycan əhalisinin növbəti siyahıya alınması bu il oktyabrın 1-dən 10-dək keçirləcək.
Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.
Onun sözlərinə görə, siyahıya alınmanın yekunları 2022-ci ilin birinci yarısında açıqlanacaq.
"Avropa standartlarına çatmaq üçün Avropa İttifaqının Dövlət Statistika Komitəsinə dəstəyi" layihəsinin təqdimatında Budaqov bildirib ki, ilkin hesablamalara görə, əhalinin sayı bu il martın sonu və ya aprelin əvvəlində 10 milyon nəfərə çatacaq.
Azərbaycanda əhalinin siyahıya alınması 10 ildən bir keçirilir.