Accessibility links

Azərbaycanda əhalinin siyahıyaalınması başlayıb


Azərbaycanda əhalinin siyahıyaalınması başlayıb
Azərbaycanda əhalinin siyahıyaalınması başlayıb

Siyahıyaalınma oktyabrın 10-dək davam edəcək

Oktyabrın 1-də Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanılıb. Siyahıyaalınma oktyabrın 10-dək davam edəcək.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, gecə saatlarından başlayaraq hava limanlarında, beynəlxalq avtovağzallarda və Bakı Dəmir Yolu Vağzalında gecə reysləri ilə gedən insanların siyahıya alınması həyata keçirilib.

Bu gün səhər saat 8-dən isə mənzillərə gedilərək əhalinin siyahıyaalınmasına başlanılıb.

Prezident İlham Əliyev 2016-cı il sentyabrın 7-də “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət statistika Komitəsinə həvalə edilib. Bu müstəqillik dövründə əhalinin üçüncü siyahıyaalınmasıdır.

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra əhalinin ilk siyahıyaalınması 1999-cu ildə keçirilib. İkinci siyahıyaalınma 10 il sonra 2009-cu il aprelin 13-22-də keçirilib.

Tarixi məlumatlara görə isə ümumilikdə indiyədək Azərbaycanda əhalinin 9 dəfə siyahıyaalınması baş tutub. Bunlardan birincisi 1897-ci ildə Çar Rusiyası, digər altısı 1926-cı, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu illərdə Sovet İttifaqı və nəhayət son ikisi də 1999-cu, 2009-cu illərdə müstəqillik dövrünə aiddir.

2009-cu ildə keçirilən syahıyaalınma zamanı Azərbaycanın 8 milyon 922,4 min əhalisi var idisə, indi, üçüncü siyahıyaalma ərəfəsində 10 milyonuncu sakin qeydiyyata alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG