Accessibility links

Azərbaycanda 1 milyon 349 mindən çox insan “buster” doza ilə peyvənd olunub


Vaksin

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 854 yoluxma faktı qeydə alınıb, 1569 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 613 min 59 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 591 min 724 nəfər müalicə olunaraq sağalıb, 8 min 257 nəfər vəfat edib. Aktiv xəstə sayı 13 min 78 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 462, bu günə qədər isə ümumilikdə 5 milyon 788 min 891 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 152 min 952, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 150 min 711, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 653 min 5 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 349 min 236 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG